TƏTBİQİ HAQQINDA TƏLİMAT.

Tətbiqi haqqında videonu buradan izləyə bilərsiniz:

1. Hər bir paket 6 litr ilıq suda (30°C-35°C) və NORD, EAST, ECODECOR növləri isə 4,5 litr suda həll olunur.

2. Paketlərin içindəki zər ayrı qablaşdırılmışdır. Zərdən istifadə etdikdə onu ilk olaraq suya qatmaq lazımdır.

3. Paketin içindəki məhsulun hamısıni suya qatmaq lazımdır.
4. Hər bir paket ayrı-ayrı qarışdırılmalıdır.

5. Məhsulu əl ilə qarışdırmaq və yenidən paketə töküb 12 saat ərzində qarışığı saxlamaq lazımdır. İslanmış qarışığı 7 gün bağlı şəraitdə saxlamaq olar.

6. Oboyun rahat çəkilməsi üçün 1 litrə qədər su əlavə etmək olar.

7. Hazır qarışığı hissə-hissə xüsusi plastmas sürtkəc ilə bir küncdən digərinə qədər sürtülür.

8. Məhsul divara qalınlığı 1-2 mm dən artıq olmamaq şərti ilə vurulmalıdır.

9. Oboyun ideal işlənməsi üçün 1-2 saatdan sonra sürtkəci suda isladıb Plaster oboyunun üzərindən keçmək məsləhətdir

10. Otaqda havanın temperaturu 15°C-dən aşağı olmamalı, rütubətliyi normal olmalıdır.Quruma vaxtı: otağın temperaturundan və rütubətliyindən asılı olaraq 48 saata qədər ola bilər.